Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 % artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5 % artaraq 1 milyard 404,2 milyon manat olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 055,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ini təşkil edib.
Bu ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 139,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Oxşar xəbərlər
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb
Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tü...