Azərbaycanda dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatb və müvafiq qərar qəbul edilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Belə ki, cəmiyyətlər tərəfindən tənzimlənən qiymətlərdən fərqli qiymətlərin tətbiq edilməsi müəyyən olunub. Hər iki quruma daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib", - deyə M.Abbasbəyli əlavə edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Land Rover Frelander" - 6750 AZN - QİYMƏTLƏR
19 aprel 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 16 nəqliyyat vasitəsi çıxarılıb. Hərra...