Azərbaycanda bu şəxslərin vergi öhdəlikləri dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
BAKU.WS xəbər verir ki, bu qanun “Vergi Məcəlləsi”nə edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir.
Oxşar xəbərlər
Bu il vergilərlə bağlı mühüm dəyişikliklər edilib
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair fərmandan ir...