Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, sənəddə deyilir:
Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.
Fərmanla bir sıra dövlət qurumlarına tapşırıqlar verilib, habelə, Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.
İqtisadçı Emin Qəribli 5 illik subsidiyaların verilməsi ilə "ARB"24"ə bildirib ki, bu yardımlardan faydalanmaq istəyən sahibkarlar ilk öncə Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamalıdır: "Burada üçtərəfli müqavilədir ki, sahibkara təminat yaranır. 5 illik müddət ərzndə ilk 20 faiz ödənilir, qalan 40 faizi dövlət sahibkara təmənnasız verir. Bu illər ərzində sahibkarlara dünya bazarında buğdanın qiymətindən asılı olaraq istehsal edilən məhsuldan əlavə subsidiyalar da veriləcək".
Oxşar xəbərlər
Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi
COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik...