Azərbaycana İsraildən turist axını 4 dəfə artıb
Bu ilin yanvar ayında Azərbaycana 152 ölkədən 172,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gələnlərin 24 %-i Rusiya, 18,3 %-i Türkiyə, 9,9 %-i Hindistan, 8,7 %-i İran, 5 %-i Gürcüstan, 3,6 %-i Səudiyyə Ərəbistanı, hər biri 3,2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, 3,1 %-i Pakistan, 2,2 %-i Küveyt, hər biri 1,7 % olmaqla Türkmənistan və Özbəkistan, 1,5 %-i Çin, 1,4 %-i Ukrayna, 1,2 %-i İsrail, 1,1 %-i Oman, 10,2 %-i digər ölkələrin vətəndaşları olub, 71,9 %-ni kişilər, 28,1 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 %, Niderlanddan - 30,4 %, Qırğızıstandan - 27,2 %, Pakistandan - 25,6 %, ABŞ-dan - 23,7 %, Yəməndən - 21,5 %, BƏƏ-dən - 20,4 %, Türkmənistandan - 16,7 %, Qazaxıstandan - 15,5 %, Fransadan - 13,9 %, İtaliyadan - 11,7 % artıb.
Bundan başqa, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 % artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 % azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 % azalaraq 58,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 17,3 % artaraq 75,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 %-i hava, 26,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycanda kirayə mənzil bazarında qiymətlər DƏYİŞİB?
Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101.6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 sə...