Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir? - SİYAHI

Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir? - SİYAHI
İqtisadiyyat 1997
2019-cu ilin iyul ayında Azərbaycana gələn əcnəbilərin çoxunu Rusiyadan gələnlər təşkil edib.Bu barədə BAKU.WS-ə Dövlət Turizm Agentliyindən bildirilib. Ölkəyə iyul ayında 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.Qonaqların üçdə birindən çoxunu 35%-lə Rusiyadan gələnlər təşkil edib. Bu statistika üzrə Səudiyyə Ərəbistanından səyahət edənlərin sayında 25% artım (29 min) müşahidə olunub. İraq, BƏƏ, Oman və Küveyt kimi Yaxın Şərqin digər ölkələrində azalma müşahidə olunub. Türkiyə, İran,Mərkəzi Asiya və Cənubi Asiyadan 29, 21, 14 və 12 min nəfər gəlib, artım müvafiq olaraq 6%, 10%, 41% və 25% təşkil edib. Son aylarda olduğu kimi Hindistan (7 min; 81% artım) və Pakistan (5 min; 13%azalma) Cənubi Asiyanın, Qazaxıstan (6 min; 26% artım) və Türkmənistan (6 min; 68% artım) isə Mərkəzi Asiyanın əsas turizm bazarlarıdır. Ümumilikdə 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb. Yanvar-iyul dövrü ərzində bu ölkələrdən gələnlərin sayı müvafiq olaraq 542 və 176 min təşkil edib. Qeyd etmək lazımdır ki, yanvar-iyul dövrü ərzində Azərbaycan turizmi üçün ənənəvi xarakter daşımayan Qərbi Avropa ölkələrindən gələnlərin sayı 14 min və ya 25% artaraq 73 min təşkil edib.
Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir? - SİYAHI
Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir? - SİYAHI
Orxan Hüseyn
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər