Azərbaycan və İsrail arasında sənədlər imzalandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında sənəd imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında yazıb.
O qeyd edib ki, həmçinin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...