Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Araşdırma
İqtisadiyyat 17

2025-ci ildə Azərbaycan üzrə ixrac əməliyyatlarının həcmi 25,04 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 1,51 milyard ABŞ dolları və ya 5,7% azalma deməkdir.

Media Təhlil Mərkəzinən BAKU.WS-ə daxil olan məlumata görə, 2024-cü ildə ixrac göstəriciləri 2023-cü illə müqayisədə 7,35 milyard ABŞ dolları və ya 21,7% azalıb. 2023-cü ildə isə 2022-ci illə müqayisədə ixrac həcmi 4,25 milyard ABŞ dolları və ya 11,1% azalma ilə qeydə alınıb.

Aparılan təhlil göstərir ki, son beş il ərzində ən yüksək ixrac həcmi 2022-ci ildə müşahidə olunub. Həmin ildə ixracın ümumi dəyəri 38,15 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 15,94 milyard ABŞ dolları və ya 71,8% artım deməkdir.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ildə ölkə üzrə ümumi ixrac həcminin 85,5%-i neft-qaz məhsullarının payına düşüb ki, bu da 21,41 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə ixracın həcmi isə 3,63 milyard ABŞ dolları olmaqla, ümumi ixracın 14,5%-ni formalaşdırıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə neft-qaz məhsulları ixracın 87,4%-ni təşkil edib və bu göstərici 23,2 milyard ABŞ dolları səviyyəsində olub. Həmin il qeyri-neft-qaz məhsullarının ixracı isə 3,36 milyard ABŞ dolları olmaqla, ümumi ixracın 12,6%-nə bərabər olub.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ildə ölkəyə idxal olunan malların ümumi dəyəri 24,38 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 3,32 milyard ABŞ dolları və ya 15,8% artım deməkdir. Qeyd edək ki, son beş il ərzində ən yüksək idxal həcmi məhz 2025-ci ildə qeydə alınıb.

Aparılan təhlil göstərir ki, son beş il ərzində idxal əməliyyatlarının həcmi hər il artan dinamika nümayiş etdirib. Belə ki, 2022-ci ildə idxal həcmi əvvəlki illə müqayisədə 2,83 milyard ABŞ dolları və ya 24,2%, 2023-cü ildə 2,75 milyard ABŞ dolları və ya 18,9%, 2024-cü ildə isə 3,77 milyard ABŞ dolları və ya 21,8% artım göstərib.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Aparılan təhlil göstərir ki, 2025-ci ildə ölkə üzrə ümumi ixracın həcmi 25,04 milyard ABŞ dolları, idxalın həcmi isə 24,38 milyard ABŞ dolları təşkil edib.

İxrac əməliyyatlarının coğrafi strukturu göstərir ki, ixrac olunan məhsulların əsas hissəsi – 67,6%-i və ya 16,94 milyard ABŞ dolları – Avropa İttifaqı ölkələrinin payına düşüb. MDB ölkələrinə ixracın həcmi 7,1% və ya 1,77 milyard ABŞ dolları, digər ölkələrə isə 25,3% və ya 6,33 milyard ABŞ dolları təşkil edib.

İdxal əməliyyatlarına gəldikdə isə, idxal olunan məhsulların 11,6%-i və ya 2,83 milyard ABŞ dolları Avropa İttifaqı ölkələrinin payına düşür. MDB ölkələrindən idxalın həcmi 24,1% və ya 5,87 milyard ABŞ dolları olub. Qalan 64,3% və ya 15,69 milyard ABŞ dolları isə digər ölkələrdən idxal edilən məhsullara aiddir.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Rəsmi rəqəmlərə əsasən, 2025-ci ildə ixrac olunan məhsulların strukturunda özəl sektor üstün mövqedə olub. Belə ki, ümumi ixracın 53,7%-i və ya 13,45 milyard ABŞ dolları özəl sektorun, 45,7%-i və ya 11,45 milyard ABŞ dolları dövlət sektorunun, qalan 0,6%-i və ya 0,15 milyard ABŞ dolları isə fiziki şəxslərin payına düşüb.

İdxal əməliyyatlarının strukturunda da özəl sektorun payı üstünlük təşkil edib. Məlumata görə, ümumi idxal həcminin 57,1%-i və ya 13,91 milyard ABŞ dolları özəl sektorun, 34%-i və ya 8,28 milyard ABŞ dolları dövlət sektorunun, 9%-i və ya 2,18 milyard ABŞ dolları isə fiziki şəxslərin payına aid olub.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarından əldə olunan məlumatlar əsasında aparılan təhlilə görə, cari ilin ilk 11 ayı ərzində Azərbaycandan 23,4 milyard ABŞ dolları, Gürcüstandan 6,6 milyard ABŞ dolları, Ermənistandan isə 7,3 milyard ABŞ dolları həcmində məhsul ixrac olunub.

Hesabat dövründə idxal göstəriciləri üzrə Azərbaycanda 21,2 milyard ABŞ dolları, Gürcüstanda 16,7 milyard ABŞ dolları, Ermənistanda isə 11,6 milyard ABŞ dolları həcmində məhsul idxal edilib.

İxrac və idxal göstəriciləri arasındakı fərq nəticəsində formalaşan xarici ticarət saldosu Cənubi Qafqaz regionunda yalnız Azərbaycanda müsbət olub. Belə ki, cari ilin ilk 11 ayının yekunlarına əsasən, Azərbaycanda 2,21 milyard ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu qeydə alınıb.

Eyni dövrdə Gürcüstanda 10,06 milyard ABŞ dolları, Ermənistanda isə 4,21 milyard ABŞ dolları həcmində mənfi xarici ticarət saldosu formalaşıb.

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Son xəbərlər