Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 2

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 42,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO

Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO

Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...

12132 İqtisadiyyat 14:30 09 mart 2020

Son xəbərlər