Azərbaycan iribuynuzlu mal-qara idxalını KƏSKİN ARTIRDI
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin ilk ayında Azərbaycan xaricdən 1,41 milyon ABŞ dolları dəyərində 452 ədəb iribuynuzlu ev heyvanları (düyə, inək və digərləri) alıb.
BAKU.WS Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 7,3 dəfə artıb.
Hesabat dövründə Estoniyadan 711,63 min ABŞ dolları dəyərində 225 ədəd, Macarıstandan 287,95 min ABŞ dolları dəyərində 99 ədəd, Almaniyadan 208,11 min ABŞ dolları dəyərində 66 ədəd və Avstriyadan 199,47 min ABŞ dolları dəyərində 62 ədəd iribuynuzlu mal-qara gətirilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə Avstriyadan tədarük müvafiq olaraq 1,1 faiz və 0 faiz azalıb. Ötənilki yanvarda Estoniya, Macarıstan, Almaniyadan tədarük olmayıb.
Oxşar xəbərlər
Bu il Azərbaycanın ixracdan qazandığı gəlirlər məlum olub - FOTO
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan ixracın dəyəri 18,3 milyard ABŞ dolları təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar və ya 2...