Azərbaycan dizel yanacağının istehsalını kəskin artırıb - CƏDVƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3282,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2%, sürtkü yağlarının istehsalı 63,9%, neft koksunun istehsalı 34,3%, dizel yanacağının istehsalı 22,1%, neft bitumunun istehsalı 9,3%, avtomobil benzininin istehsalı 7,4% artıb.
Bildirilir ki, ilin yanvar-sentyabr aylarında respublikada yanacaq mazutunun istehsalı isə 23,6% azalıb.
Oxşar xəbərlər
Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib. BAKU.WS-in Dövlət Statis...