ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.
"Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib", - o qeyd edib.
1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər toplanır. 31 dekabr 2024-cü il tarixinə ARDNF-in aktivləri 60,031 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Oxşar xəbərlər
İraq Ceyhan limanı vasitəsilə neft ixracını artırmaq niyyətindədir
İraq Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə neft ixracını sutkada 1,5 milyon barelədək artırmaq niyyətindədir. BAKU.WS "Report"a istinadən xəbər...