ARDNF: Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır

ARDNF: Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır
İqtisadiyyat 355
Beynəlxlaq Valyuta Fondu (İMF) növbəti illər üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik orta gəlirlərinin qeyri-neft Ümumi Daxili Məhsuldakı (ÜDM) payının proqnozlarını açıqlayıb.BAKU.WS İMF-in hesabatına istinadən xəbər verir ki, bu ilin sonuna ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 32,1% olacağı proqnozlaşdırılır. 2020-ci ildə ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 29,8% təşkil edəcək.İMF-in hesablamalarına əsasən, ARDNF-in 2021-ci ildə gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 28,5% olacaq. Proqnozlara əsasən, 2022-ci ildə bu rəqəm 26,7% olacaq.Dövlət Neft Fondunun gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 2023-cu ildə 25,2% olacağı, 2024-cü ildə isə Valyuta Fondunun proqnozuna əsasən, bu göstərici 23,9% olacağı gözlənilir.ARDNF-dən bu məsələ ilə bağlı “Report”a verilən açıalamasında deyilir ki, Dövlət Neft Fondun gəlirlərinin qeyri-neft ÜDM-dəki payının növbəti illər üzrə azalması müşahidə edilir ki, bu da müsbət hal kimi qiymətləndirilməlidir."Digər tərəfdən bildirilməlidir ki, 2018-ci ildən etibarən neft gəlirlərindən xərcləmələri tənzimləyən fiskal qaydanın tətbiqinə başlanlııb ki, bu qaydaya əsasən hər il üzrə icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi ölkənin xalis maliyyə aktivləri əsasında müəyyən olunur ki, xərclənə bilən neft gəlirləri xalis maliyyə aktivlərinin (XMA) 30 faizindən çox ola bilməz: “Bu qaydanın tətbiqi ilə nəticə etibarilə XMA-nın tərkibinə daxil olan Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır və tədricən iqtisadiyyatın neft gəlirlərindən asılılığının azalmasına şərait yaranır”, - Neft Fondundan bildirilib.ARDNF-dən qeyd ediblər ki, bu qaydanın tətbiqinin nəticəsi olaraq 2018-ci ildən etibarən Fondun aktivlərində artım müşahidə edilir: “2019-cu ilin əvvəlinə 38,5 mlrd ABŞ dolları təşkil edən Fondun aktivləri iyunun 30 tarixinə 42,5 mlrd ABŞ dolları və yaxud 11 faizə qədər artıb”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

2020-ci ildə Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub.BAKU.WS bu barədə Maliyyə Nazirliyinə is...

346 İdman 17:37 13 sentyabr 2019

Son xəbərlər