"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib - FOTO
İqtisadiyyat Nazirliyi "ZF Group” MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verib.
BAKU.WS xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.
"Şirkət ərazidə müxtəlif çeşiddə yapışqan lentləri istehsal edəcək, investisiya dəyəri 1 milyon manat olan müəssisə yaradaraq 32 nəfəri daimi işlə təmin edəcək", - deyə nazir qeyd edib.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group” MMC-yə rezident statusu verilib və bununla da rezidentlərin sayı 7-yə çatıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 25, 2024
Şirkət tərəfindən #SənayeParkı-nın ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. #İnvestisiya dəyəri 1 milyon ₼… pic.twitter.com/urFIYSH9og
Oxşar xəbərlər
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “LinkedIn” şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Alle...