Amazon-un vitse-prezidentindən uğur qazanmaq istəyənlərə VACİB TÖVSİYƏLƏR
"Amazon" şirkətinin vitse-prezidenti Verner Voqels uğur qazanmaq istəyənlərə müxtəlif tövsiyyələr verib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində danışıb.
Verner Volqes bildirib ki, uğurlu olmaq üçün innovasiya və yaradıcılıq mütləq sizin DNT-nizin bir hissəsi olmalıdır:
"Bəzi insanlar yaradıcıdır. İnsanlar yaradıcı olsun deyə onlara stimul və deviz verməlisiz. Tutaq ki, "Amazon" şirkətində hansısa müştərinin problemi yaranır. Bu zaman mühəndisə problemi aradan qaldırmaq tapşırığı verilir. Mühəndis qərar verməlidir ki müştərinin problemi həll edilsin. Əgər şirkət itirib müştəri qazansa müştərini seçməlisiz.
Siz müştərilər üçün ancaq müsbət təcrübə yaşatmağı düşünməlisiz. Heç kəs deməyəcək nəyisə mənə baha sat. Ona görə hər bir əməyiniz müştəriyə müsbət təsir etməlidir".
Volqes qeyd edib ki, bütün bu amillər innovasiya tələb edir. Onlar bizim müştərilərimizə daim xeyir verir.
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Banu Hüseynli
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...