VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin təhlillərə əsasən, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalması gözlənilsə də, azalma templəri gözləntilərdən daha aşağı olacaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Daşkəsən Filizsaflaşdırma" ASC və "Çovdar" filiz emalı sahəsinə səfəri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər proqnozlara əsasən, may-iyun aylarında iqtisadi azalma 4,5-4,7% səviyyəsində olacağı ehtimallar olunurdusa, hazırda iqtisadiyyatın azalma templəri təxminən 3,5-3,7% ətrafında proqnozlaşdırılır: “Bütün bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda və təqdirdə hansı dərəcədə sərt olması və ən əsası – vətəndaşlarımızın, hər birimizin müvafiq normalara riayət edilməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz”.

BAKU.WS