VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Ukraynanın “Ukrtransnafta” şirkəti ölkənin neft emalı zavodlarına ümumilikdə 43 min ton Azəbaycan nefti nəql edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Ukrayna NEZ-lərinə nəql edilən neftin ümumi həcmlərinin 19,1%-nə bərabərdir.

Bu ilin yanvar-avqust aylarında isə "Ukrtransnafta" şirkəti ümumilikdə 10,3 mln ton neft nəql edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur.

Xüsusilə, bu ilin ilk səkkiz ayı ərzində Ukrayna NEZ-ləri üçün 1,7 mln ton neft nəql edilib, tranzit neftinin həcmi isə 8,6 mln tona bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2% və 7,5% çoxdur.

Ötən ayda isə Ukrayna öz NEZ-lərinə neftin nəqlini 0,9% artıraraq 225 min təşkil edib.

Bu həcmlərin 117,1 min tonu Ukrayna nefti, 65,4 min tonu isə ABŞ-ın WTI nefti olub.

Məlumata görə, avqustda neft nəqlinin ümumi həcmi ötən ilin avqust ayı ilə müqayisədə 8% azalaraq 1,5 mln ton olub. Xüsusilə, Ukrayna ərazisindən boru kəməri ilə neftin tranziti 9,2% azalaraq 1,3 mln ton təşkil edib.

BAKU.WS