SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 26-da 46,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 45,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

BAKU.WS