SİZİN REKLAM BURADA!
055 213 76 73


“Siyavuş müəllim Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin az olduğunu qeyd etdi. Bildirmək istərdim ki, pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün vəsait mərkəzləşmiş qaydada ayrılır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

A.Bayramov bildirib ki, bu baxımdan Naxçıvana ayrılan vəsait pandemiya ilə mübarizə üçün nəzərdə tutulmur, müxtəlif istiqamətlərə yönəldilən vəsaitdir: “Pandemiya əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov Naxçıvana cəmi 1,3 milyon manat vəsait ayrıldığını, bu vəsaitin az olduğunu bildirib. 

BAKU.WS