Neft və qazın qiyməti yenidən ucuzlaşdı

Neft və qazın qiyməti yenidən ucuzlaşdı
İqtisadiyyat 71

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 43,59 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,17% azalaraq 40,97 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də azalıb.

Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,91% azalaraq 1,844 ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Neft və qaz bahalaşdı

Neft və qaz bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,18%...

2 İqtisadiyyat 09:42 28 iyul 2020

Son xəbərlər