SİZİN REKLAM BURADA!
055 213 76 73


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 41,97 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,07% azalaraq 39,27 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,81% azalaraq 1,716 ABŞ dolları təşkil edib.

BAKU.WS