ARDNF valyuta satışını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin iyun ayında satılan vəsaitin həcmi açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2020-ci ilin iyun ayı ərzində ARDNF tərəfindən 373,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin may ayı ilə müqayisədə 11,7 %, ötən ilin iyun ayı ilə müqayisədə isə 18,1% çoxdur.
Bu ilin yanvar-iyun aylarında ARDNF tərəfindən 4 010,2 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,7% çoxdur.
Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 2 643,6 mln. ABŞ dolları məbləğində valyuta satıb.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...
