VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 42,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

BAKU.WS