"Federal Açıq Bazar Komitəsinin (FOMC) mart ayı açıqlamasında faiz artımı təxminləri ötən ilin sonundakı açıqlamalara nisbətdə dəyişəcək". 
 
BAKU.WS-in məlumatına görə, bunu San Fransisko Fed sədri Con Viliams söyləyib. O bildirib ki, ABŞ iqtisadiyyatında zəifləmə siqnalları müşahidə edilmir. ABŞ Mərkəzi Bankının (Fed) dolların uçot dərəcəsini artıracağını deyən C.Viliams sözlərinə belə davam edib: 

"ABŞ-da resessiya (Recessus - latın dilində geriləmə deməkdir) riski yoxdur. Çin iqtisadiyyatını yaxından təqib edirik, amma ABŞ iqtisadiyyatı üçün böyük bir risk yaratmır. Dolların uçot dərəcəsi iqtisadiyyatla bağlı statistik məlumatlara əsasən dəyişəcək". 
 
Qeyd edək ki, Fed səlahiyyətliləri ötən ilin dekabr ayında 10 il sonra faiz artırmışdı. 2016-cı ildə isə dolların uçot dərəcəsində 4 faiz həcmində artım olacağı plaşlaşdırılıb. Ancaq o zamandan bəri maliyyə bazarlarındakı qeyri-sabitlik və qlobal böyümədə yavaşlama ABŞ iqtisadiyyatı üzərində təzyiq yaradıb. Bu vəziyyət də investorların faiz artım gözləntilərini azaldıb.
 
Şahin Həbibov
BAKU.WS