SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İnflyasiya gözləntilərinin azaldığı bir mühitdə normallaşma strategiyasına davam etmək məntiqsizlikdir".
 
BAKU.WS-in məlumatına görə, bu sözləri ABŞ Mərkəzi Bankının (Fed) Sankt-Luis üzrə sədri Ceyms Bullard söyləyib. Onun sözlərinə görə, inflyasiya gözləntilərindəki azalma Fed-in 2%-lik inflyasiya hədəfinin əriməsinə səbəb olur. 

"İnflyasiya proqnozunun gözlədiyimizdən də çox azalması bizi narahat edir. Mənfi faiz dərəcələri ilə bağlı çox danışılır. ABŞ Mərkəz Bankı ölkə iqtisadiyyatında problem olacağı təqdirdə mənfi faiz tətbiqinə keçə bilər. Ancaq digər alternativ vasitələrdən də istifadə edilməlidir. Digər ölkələr mənfi faiz tətbiq edir. Lakin biz, indilərdə bu addıma yaxın deyilik. İnflyasiya gözləntiləri bir az da düşsə, Fed-in siyasətinin nə olacağı mövzusunda fərziyyə etmək üçün çox erkəndir", - deyə Ceyms Bullard söyləyib.

Neqativ faiz - faiz nisbətinin sıfırdan aşağı səviyyəyə düşməsidir. Nəzəri olaraq qeyri-mümkün kimi görünən bir faktdır, lakin, qənaət dərəcəsi çox olan bəzi ölkələrdə bəzi zamanlarda meydana gəlməsi olduqca normal qarşılana bilər. Belə ki, məsələn banka yatırılan əmanət miqdarları bankların gözlədiyindən çox olursa, o bank yeni gələn əmanətləri saxalamaq üçün əlavə haqq tələb edir. Yəni artıq pulu saxlamaq üçün bir vəsait ödəmək yerinə, əksinə əlavə vəsait tələb olunur. 
 
Şahin Həbibov
BAKU.WS