Fransa Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya yatırıb

“Bu günədək Fransa Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları məbləğində investisiya yatırıb”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 45-dən çox Fransa şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sahələrində fəaliyyət göstərir:
“Xüsusilə dördüncü sənaye inqilabı şəraitində Fransa şirkətlərini Azərbaycana cəlb etmək üçün, ölkədə onların sərmayəsinin yatırılmasına imkanlar var. Hazırda dünyanın 500 ən iri şirkətindən 28-i Fransada yerləşir. Onlar müxtəlif sahələrdə dünya liderləridir və mən düşünürəm ki, Fransa şirkətləri və sahibkarları ilə görüşlərin keçirilməsi Azərbaycana Fransa kapitalının axınını təmin etmək deməkdir. Digər tərəfdən isə bu, Azərbaycana yeni texnologiyaların gətirilməsi və insan kapitalının inkişafı, yeni iş yerlərinin yaradılması, Azərbaycan İqtisadiyyatının rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılmasına dəstək verəcək”.
Oxşar xəbərlər
Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard investisiya yatırıb
“Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar məbləğində investisiya yatırıb”. BAKU.WS...
