VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Neft İdxalatçıları İttifaqı məlumat yayıb.

Məlumatda deyilir ki, 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından asılı olaraq 8 tetridən 16 tetriyədək bahalanıb.

Dizel yanacağının qiyməti isə 16 tetridən 29 tetriyədək bahalanıb.

Hazırda Gürcüstanda yanacaq doldurma məntəqələrində əla markalı (A-98) benzinin bir litri 2,68-2,78 lari (90-95 ABŞ senti), premium (A-95) markalı benzin 2,59–2,65 lari, requlyar markalı (A-92) benzin isə 2,45-2,57 lariyə satılır. Avro dizelin bir litri 2,66-2,79 lariyə, adi dizel yanacağı isə 2,69-2,71 lariyədir.

Bu qiymətlər 2019-cu ilin dekabr ayındakı qiymətlərlə eynidir.

BAKU.WS