SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 66,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

BAKU.WS