SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 66,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

BAKU.WS