İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

BAKU.WS xəbər verir ki, hesabat dövründə bankın xalis zərəri 19 315 899 manat təşkil edib. Qeyd edək ki, 2018-ci ilin analoji dövrü ərzində xalis mənfəət 1 799 525 manat təşkil edib.

Cari ilin doqquz ayında bankın cəmi aktivləri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 18,8% azalaraq 89 589 232 manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 2,5% azalaraq 55 754 132 manata enib.

Ötən hesabat dövrünü 3 497 560 manat kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilə başa vuran bank, cari ilin yanvar-sentyabr aylarında bu göstəricidə 18,7%-lik artıma nail olaraq, onu 4 246 748 manata çatdırıb.

BAKU.WS