SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Əlimdə olan dolları manata dəyişmək üçün banka üz tutdum. Xəzinədə valyuta dəyişəndə mənə 500 dollardan artıq dolları manata dəyişmədiklərini söylədilər".
 
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Seymur Əliyev söyləyib. Onun sözlərinə görə, "AccessBank" filial əməkdaşı bu qərarın bank tərəfindən verildiyini söyləyib.
 
Qəribə səslənsə də "AccessBank" müştərilərinə Mərkəzi Bankın qəbul etdiyi yeni qaydaların tam əksinə xidmət göstərir. Belə ki, AMB ölkədə fəaliyyət göstərən mübadilə şöbələrində bir müştəriyə 500 ABŞ dolları ekvivalentində limit qoyub. Bu limitə əsasən 500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalı olduğu barədə qərar qəbul edib. 
 
Əksər banklarda dollara limit tətbiq olunduğu halda "AccessBank"da əksinə, manata qadağa tətbiq edilir. Yəni, vətəndaş əlindəki dolları banka sata bilmir. Buna əsas səbəb bankın kapitalında manat kütləsinin həddən artıq az olmasıdır. Hətta bank manat cəlb etmək üçün müştərilərinə yüksək faizlə əmanət yerləşdirməyi təklif edir.
 

 

Dollarla yerləşdirilən əmanətlər üçün isə çox aşağı faizlər təklif olunur. Buradan aydın olur ki, bankın kapitalının əsas hissəsi xarici valyutada saxlanılıb. Özünü risklərdən sığortalayan "AccessBank" Azərbaycanda milli valyutanın manat olduğunu deyəsən unudub. Müştəriyə milli valyuta ilə əməliyyat yerinə yetirməkdə çətinlik çəkən bank görünür yalnız öz mənfəətini düşünür.
 
BAKU.WS