055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı 1 milyon 220 min barrel azalaraq sutkalıq orta hesabla 101 milyon 520 min barrel təşkil edəcək. IEA əvvəlki proqnozunda neft tələbatının 2020-ci ildə 1 milyon 300 min barrel artacağını planlaşdırırdı.
Agentliyə görə, neftə olan gündəlik tələbatda 36 milyon 600 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 300 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.
BAKU.WS