SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 6 709,659 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

"BAKU.WS" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə təbii qazın dəyəri 1 262,496 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yeddi ayında ixrac edilən təbii qazın həcmi ötən ilin müvaviq dövründən 65,7%, dəyəri isə 68% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,29% olub.
BAKU.WS