Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” İrandiya Fond Birjasında yerləşdirdiyi 500 mln. ABŞ dolları məbləğindəki avrobond üzrə üçüncü faiz ödənişini həyata keçirib.

BAKU.WS
 Report-a istinadla xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

Qeyd edilib ki, avrobond sahiblərinin hesablarına ümumilikdə 14 687 500 dollar köçürülüb.

Qeyd edək ki, “Petkim (Petrokimya) Holding” 500 mln. ABŞ dolları məbləğində ilk avrobond emissiyasını 2018-ci il yanvarın 26-da İrlandiya Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 
BAKU.WS