SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın ən iri avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkəti bu gündən etibarən istehsalı tam dayandırıb.

BAKU.WS “rbc.ru”ya istinadən xəbər verir ki, buna səbəb istehsal zamanı avtomobillərin yığılması üçün lazım olan detalların çatışmasıdır.

Şirkətdən bildiriblər ki, buna səbəb avtomobil komponentlərinin əsas tədarükçüsü olan "Zavod Avtokomponent" MMC üzərinə düşən öhsəlikləri yerinə yetirmir.

Şirkət avtomobillərin komponentlərinin tədarükünü dayandırıb.

"AvtoVAZ" şirkətindən bildirilib ki, şirkətin Tolyatti və İjevskdə yerləşən zavodları fəaliyyətlərini dayandıracaq.
BAKU.WS