SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın avtomobil istehsalçısı – AvtoVAZ şirkəti 5 qapılı modifikasiya olan Lada 4х4 Urban-nin istehsalına başlayıb.
 
BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, yeni avtomobil digər Urban modellərindən xüsusi opsiyalar paketinə malik olmasına və yüksək rahatlıq səviyyəsinə görə fərqlənir. Onun qiyməti 552 100 rubldan və yaxud bizim pulla təxminən 13 min manatdan başlayır.

Lada 4х4 Urban modeli kondisionerə, avtomatik şüşəqaldıranlara, elektriklə idarə olunan güzgülərə sahibdir. Onun həmçinin əlavə vibroizolyasiya funksiyası var. Bundan başqa, avtomobildə üzünün xüsusi yumşaq materialı olan oturacaqlar, 16 düymlük yüngül lehimli disklər, kuza rəngində plastik bamperlər quraşdırılıb.

Xatırladaq ki, Lada-nın Urban modeli bazara 2014-cü ildə çıxarılıb. Hazırda bu model satılan bütün Lada-ların 37%-ni təşkil edir.

AvtoVAZ bu il həmçinin Lada 4 х 4 modelini təkmilləşdirməyi planlaşdırır. Məsələn, avtyomobilin xarici görkəminin dəyişdirilməsi, radiator barmaqlıqlarının Urban modelindəki kimi olması, eləcə də maşının loqosunun yenilənməsi nəzərdə tutulub.

Yeni model qaz doldurulmuş amortizatorlarla təmin ediləcək. Eləcə də qabaq asqının dönmə «yumruğu» dəyişdiriləcək. Kuzovun istehsalında isə sink lientdən istifadə ediləcək. Bu lent birləşmələri korroziyadan qorumalıdır.
 
BAKU.WS