SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

AvtoVaz yeni "Lada Vesta" modelinin istehsalına başlayıb. 
 
BAKU.WS-in məlumatına görə, avtomobilin detallarının quraşdırılması "İjAvto" müəssisəsində həyata keçirilir. Yeni "Lada" yeni modelində bəzi komponentləri "Renault" və "Nissan" avtomobillərindən ilhamlanıb. 

İlkin məlumatlara görə, yeni "Lada" 106 at gücündə olacaq və motoru 1,6-litrlik 16-klapanla təchiz ediləcək. Avtomobilin ötürmə qutusu həm mexaniki, həm də avtomat sistemdə işləyə biləcək.

"Vesta" markalı avtomobil "Rahatlıq" və "Lüks" xüsusiyyətlərinə görə seçiləcək. Avtomobil ABS əyləc, kondisioner, sükan qızdırıcı kimi bir sıra yenilikləri də özündə birləşdirəcək. 

BAKU.WS