Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə konteyner qatarının testi uğurla həyata keçirilib. 

BAKU.WS-in məlumatına görə, marşrut  Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin davamı sayıla bilər.  Həmin marşrutla yüklər ən geci 6-7 gün müddətinə ünvana çatdırılacaq. 

Qazaxıstan Dəmiryolu İdarəsinin verdiyi məlumata görə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə qatarlar sentyabra kimi xəttlərə buraxılacaq.  

Layihənin reallaşması ilə Gürcüstan və Türkiyə arasındakı vacib dəmiryolu xəttinin reallaşdırılması məsələsinin son mərhələsi başa çatacaq. 

Azərbaycan Türkiyə və Gürcüstanın təşəbbüsülə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə artıq  Türmənistan, Qazaxıstan, Əfqanıstan, eyni zamanda Özbəkistan və Tacikistan da böyük maraq göstərir.Tacikistanın Azərbaycandakı səfiri Zoxir Saidov Azərbaycanın tranzit potensialından daha çox istifadə etmək istədiklərini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da son açıqlamalarında rəsmi Ankara ilə Pekin arasında nəhəng layihənin reallaşmaqda olmasına dair eyham vurmuşdu. Belə görünür ki, Pekindən Bakıya 6 gün ərzində yük çatdırılması röyası reallaşır. 

BAKU.WS