"Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir”.

BAKU.WS report-a istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:
"Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ölkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.
 
BAKU.WS