13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Manat Mərkəzi Bankın üzən məzənnə rejiminə keçmə qərarından sonra 45 valyuta qarşısında ucuzlaşıb.

BAKU.WS məlumat verir ki, hazırda 1 dollar 1,55, 1 avro isə 1,685 AZN olub. Azərbaycanlaa qonşu olan dövlətlərin milli valyutalarına nisbətdə də manat ciddi ucuzlaşıb. Belə ki, hazırda 1 rubl 0,0218, türk lirəsi isə 0,5323 manata bərabərdir.
 


Bu ilin fevral ayının 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. Dekabrın 21-də isə ikinci devalvasiya oldu və dollara nisbətən manat təqribən 55 faiz ucuzlaşdı.
 
2015-ci ildə devalvasiya təkcə Azərbaycanda deyil, MDB ölkələrinin bir neçəsində müşahidə olunub.
 

 
Belə ki, ilin əvvəli Rusiya rubulu dəyərini itirdi. Moskva birjasında ticarət sessiyasının açılışı vaxtı dolların Rusiya valyutasına nisbətdə kursu 1,25 rubla artaraq 66,5 rubla çatdığı bildirilmişdi. Yanvar ayının axırlarında isə rubl yenidən dəyərini itirərək dollara nisbətdə bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək azalmışdı. Bir dolların kursu 66,23 rubl, avronun kursu isə 74,71 rubl səviyyəsində qərarlaşmışdı.
 


 
Gürcüstan larisi dollara münasibətdə hələ ötən ilin noyabrın 20-dən ucuzlaşmağa başlayıb, fevral ayında isə 20%-lik ucuzlaşma qeydə alınmışdı.
 


Ukrayna Mərkəzi Bankı da avqust ayında dollara nisbətdə qrivinin məzənnəsini aşağı endirdiyini açıqlamışdı. 13,139 qrivin 1 dollar təşkil edir. Bununla da Ukrayna valyutasının məzənnəsi tarixinin minimumuna endirilib. Sonuncu dəfə bu minimum 14 apreldə qeydə alınmışdı. 12,977 qrivin dollar ekvivalenti ilə 1 dollar idi. 
  


Avqust ayında Qazaxıstanın baş naziri Kərim Məsimov milli valyutanın sərbəst məzənnəyə əsaslanan yeni pul-kredit siyasəti həyata keçirməyə başladığını bildirmişdi. Bu qərardan sonra Qazaxıstan Valyuta Birjasında (KASE) tengenin orta çəkili məzənnəsi 35,5% düşərək, 1 dollara görə 255,26 tenge təşkil edib. Halbuki bir gün əvvəl 1 dollar 188,8 tenge olub. Dekabr ayında isə Qazaxıstan Fond Birjasında (KASE) ABŞ dolları yenidən bahalaşaraq məzənnəsi 329,67 KZT/USD səviyyəsinə çatıb. Bu, Qazaxıstan tarixində dolların məzənnəsinin maksimal həddidir. KASE-nin orta məzənnəsi 14 dekabr tarixində 322,47 tenge/dollar olub ki, bu da dekabrın 11-də qeydə alınan orta məzənnədən 10,55 tenge çoxdur.
 
2015-ci ildə MBD ölkələrində valyutaların ucuzlaşmasının yekun göstəricisi isə belədir:
 
Azərbaycan (manat) - 98 faiz

Qazaxıstan (tenge) - 85,2 faiz

Belarus (Belarus rublu) - 54,3 faiz

Ukrayna (qrivna) - 48,7 faiz

Qırğızıstan (som) - 33,9 faiz

Tacikistan (som) - 28,9 faiz

Gürcüstan (lari) - 28,7 faiz

Türkiyə (lirə) - 28,4 faiz

Rusiya (rubl) - 25,9 faiz

Türkmənistan (manat) - 19,3 faiz

Ermənistan (dram) – 1,9 faiz

Ayşən Ayxan
BAKU.WS