SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün baş verən devalvasiya müstəqil Azərbaycan tarixində ilk hadisə deyil.


BAKU.WS
-in məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev milli.az saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, xüsusilə də müstəqilliyin ilk illərində manat sürətlə dəyərsizləşirdi. Hətta sürətli ucuzlaşma fonunda Mərkəzi Bank dövri olaraq manatın məzənnəsini kəskin şəkildə aşağı salıb.

Əsas devalvasiya addımlarını diqqətinizə çatdırırıq:

"24 mart 1994-cü il - Manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşır və dollar 118-dən 174,2-yə qalxır. Ucuzlaşma 47,6% təşkil edir.

23 may 1994-cü il - Manatın dollara olan rəsmi məzənnəsi 186,9-dan 1100-ə düşür. Ucuzlaşma 488,5% təşkil edir.

13 dekabr 1994-cü il -  Rəsmi məzənnə 3500-dən 4155-ə düşür. Ucuzlaşma 18,7% təşkil edir.

21 fevral 2015-ci il - Rəsmi məzənnə 0,78-dən 1,05-ə düşür. Ucuzlaşma 34,6% təşkil edir.

21 dekabr 2015-ci il - Rəsmi məzənnə 1,0499-dan 1,55-ə düşür. Ucuzlaşma 47,6% təşkil edir.

Diqqət yetirdinizsə, əsas məzənnə dəyişiklikliyi ayın sonlarında baş verib.

1994-cü ildə manat dollara münasibətdə 3444%, 1995-ci ildə 6,2% dəyərini itirib".

S.Əliyev onu da qeyd edib ki, növbəti illərdən başlayaraq manat revanş götürüb. 1996-cı ildə 7,7%, 1997-c ildə 5,1% bahalaşıb.

BAKU.WS