SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Manat Mərkəzi Bankın üzən məzənnə rejiminə keçmə qərarından sonra 45 valyuta qarşısında ucuzlaşıb. 

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, hazırda 1 dollar 1,55, 1 avro isə 1,685 AZN-dir. Azərbaycana qonşu olan dövlətlərin milli valyutalarına nisbətdə də manat ciddi ucuzlaşıb. Belə ki, hazırda 1 rubl 0,0218, türk lirəsi isə 0,5323 manata bərabərdir.
 
Üzən məzənnə rejiminə keçid qızıl və gümüşün qiymətində də bahalaşmaya gətirib çıxarıb: 

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov
BAKU.WS