SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan 6 banka məxsus 47 əmlak hərraca çıxarır.

BAKU.WS Fonda istinadən xəbər verir ki, “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarılır.

7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.

BAKU.WS