SİZİN REKLAM BURADA!
055 213 76 73



Son zamanlar banklar istehlak kreditlərinə olan faiz dərəcələrini aşağı salıb. Son 6 ayla müqayisədə bu rəqəm təxminən 9 faizə qədər fərq edir. Həmçinin əmanətlərin yerləşdirilməsində də faizlər azaldılıb. Ekspertlər bunu stabil iqtisadiyyatla əlaqələndirirlər və getdikcə faizlərin daha da aşağı düşəcəyi qənaətindədirlər.

Artıq bir neçə aydır bankların kredit faizlərini aşağı salmaları müşahidə olunur. Banklarda kredit faizlərinin enməsi ilə yanaşı, yerləşdirilən əmanətlərə görə ödənən gəlirin faizləri də aşağı salınıb.

Ekspertlərin fikrincə, bir neçə ay əvvəl mövcud bazar üçün yüksək sayılan istehlak kreditlərinin faizi indi nəzərəçarpacaq dərəcədə dəyişib.

İqtisadçı ekspert Cəfər İbrahimlinin sözlərinə görə, faizləri hazırkı vəziyyətlə müqayisə etdikdə yenə rəqəmlər yüksəkdir və faizlərin daha da endirilməsinə ehtiyac var.

İstehlak kreditləri ilə yanaşı, banklara yerləşdirilən əmanətlərin də faizləri aşağı salınıb. Əvvəllər banklar yüksək faizlərlə depozit qəbul edirdilərsə, indi əksər banklarda milli valyutada əmanət qəbulu 8-11 faizə düşüb.

Ekspertlərin fikrincə, əmanətlərin faizlərinin aşağı salınması depozit qoyulmasına olan marağı azaldacaq.

BAKU.WS