SİZİN REKLAM BURADA!
055 213 76 73



"Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir".

BAKU.WS-in məlumatına görə, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. İSİM rəhbəri hesab edir ki, bu addım sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq:

"Mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzil ilə müqayisədə aşağı olsa da belə, İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq hökumətə sosial mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərimizi təqdim etmişik. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır.

Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqlı mənzilin qiyməti 31521 manata, 3 otaqlı mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqlı mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artıdığını nəzərə alsaq bu subsidiya üçün maliyyə mənbəsinin tapılması da çətin deyil".

Qeyd edək ki, növbəti bazar ertəsi saat 10.00-da sosial evlərin satışı başlayır. Mövcud qaydalara əsasən ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər. Bazar ertəsi satışa ilk 260 mənzil çıxarılır. ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.

Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. 

Şahin
BAKU.WS