SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Macarıstanın "Wizz Air" aviaşirkəti Bakı-Budapeşt reysinin qiymətini 3 dəfə bahalaşdırıb. 

BAKU.WS-in Minval.az-a istinadla verdiyi məlumata görə, şirkətin rəsmi saytında mart ayı üçün nəzərdə tutulmuş uçuş qrafikində qiymətlər 3 dəfə baha görsənir. Belə ki, yalnız bir istiqamətdə mart ayının 28, 31 üçün nəzərdə tutulmuş ucuş qrafiklərinə nəzər yetirdikdə məlum olur ki, qiymətlər müvafiq olaraq 109,99 və 89,99 avro təşkil edib.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də "Wizz Air” və "Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində "Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi demişdi ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Bununla belə onu da qeyd edək ki, bu gün "Wizz Air” Azərbaycan bazarında ən aşağı qiymətlər təklif edən aviaşirkətdir.
 
BAKU.WS