4 faizlik marjanın ləğv edilməsi Azərbaycanda dolları qəfil bahalaşdırdı

4 faizlik marjanın ləğv edilməsi Azərbaycanda dolları qəfil bahalaşdırdı
İqtisadiyyat 2603

 

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

BAKU.WS xəbər verir ki, bankın yaydığı məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb.

Xatırladaq ki, yanvarın 10-da keçirilən hərracda 1 ABŞ dollarının qiyməti  1,7742 manat olub. Ötən gün yayılan xəbərdə Mərkəzi Bank  4 faizlik marjanı ləğv etdiyi deyilirdi. 

"Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunur”. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan bu gündən tam “üzən məzənnə”yə keçir

Azərbaycan bu gündən tam “üzən məzənnə”yə keçir

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. BAKU.WS "Report”a istinadən xəbər verir ki, bu...

2226 İqtisadiyyat 11:59 12 yanvar 2017

Son xəbərlər