CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 69,97 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,88 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 69,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 66,89 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 68,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

BAKU.WS