Bu il neftin orta qiyməti 60-65 dollar/barel olacaq

Bu il neftin orta qiyməti 60-65 dollar/barel olacaq
İqtisadiyyat 730
Dünya bazarında "Brent" markalı neftin orta qiyməti 2018-ci ildə 60-65 dollar/barel təşkil edəcək.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu proqnozu Çinin CNPC milli neft-qaz şirkəti verib.CNPC-nin proqnozunda həmçinin bildirilir ki, 2018-ci ildə "Brent" markalı neftin qiyməti 50-75 dollar/barel diapazonunda dalğalanacaq. Bununla yanaşı, hesabatda "Brent" və WTI markalı neft qiymətləri arasında fərq 3-5 dollar/barel təşkil edəcək. "Qlobal neft tələbi 1,4 mln. barel/gün artaraq 98,7 mln. barel/günə yüksələcək. Neftə tələbatın artım tempinin həcmi 2017-ci illə müqayisədə azalacaq. Tələbatın artması yüksək qiymətlər və alternativ enerji mənbələri, enerji effektivliyinin artması səbəbindən aşağı olacaq. ABŞ-da neft hasilatı 0,5-0,8 mln. barel/gün artaraq 10 mln. barel/günə çatacaq. Qlobal neft ehtiyatlarını son 5 illik orta həddə qədər endirmək çətinləşəcək. Çinin neftə tələbatı isə gözlənilən səviyyədə olmayacaq", - deyə hesabatda qeyd olunub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamın...

1505 İqtisadiyyat 23:51 15 yanvar 2018

Son xəbərlər