VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan "Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib. 


BAKU.WS xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən "APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı "Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də  məhkəməyə müraciət edib.


Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə "Evrobank” müflis elan edilib. 

 

BAKU.WS